EN

NBA: Qərb Konfransının lideri səfərdə inamlı qələbə qazanıb

Bakı, 15 yanvar, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, müntəzəm mövsümdə daha yeddi qarşılaşma təşkil olunub.

"Filadelfiya"nın qonağı olan Qərb Konfransının lideri “Oklahoma-Siti Tander” Şai Qilqeus Aleksandrın 32 xal, 9 assisti, Calen Uilyamsın 24 xal və 6 məhsuldar ötürməsi ilə ardıcıl 3-cü, mövsümün 33-cü qələbəsini qazanıb.

Qərb konfransının dördüncüsü "Denver Naqqets" isə səfərdə “Dallas Maveriks”i 118:99 hesabı ilə məğlub edərək ardıcıl 4-cü, mövsümün 24-cü qalibiyyətinə imza atıb.

Matçların nəticələri:

"Filadelfiya" - “Oklahoma-Siti Tander” – 102:118

"İndiana Peysers" - "Klivlend Kavalyers" – 117:127

“Atlanta Huks” - "Foniks Sans” – 122:117

"Miluoki Buks" - “Sakramento” – 130:115

"Çikaqo Bullz" - "Nyu Orleans Pelikans" – 113:119

“Dallas Maveriks” - "Denver Naqqets" – 99:118

“Portland Treil Blazers” - "Bruklin Nets" – 114:132

Chosen
3
azertag.az

1Sources