EN

Qərb fondları və qeyri-hökumət təşkilatları üçün Ermənistan yeni fəaliyyət mərkəzi olaraq nəzərdə tutulur

Vaşinqtonda Ermənistan və ABŞ arasında imzalanan xartiyanın detalları ilə tanış olduqda, sənədin əsas məqsədlərindən birinin ABŞ-ın İran sərhəddinə daha yaxın mövqelər əldə etməsi olduğu açıq şəkildə görünür. Bu müqavilə, Cənubi Qafqaz regionunda ABŞ-ın geosiyasi təsirini artırmağa yönəlmiş strateji addımların bir hissəsi kimi qiymətləndirilə bilər.

Eyni zamanda, Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulundan sonra fəaliyyəti məhdudlaşdırılan Qərb fondları və qeyri-hökumət təşkilatları üçün Ermənistan yeni fəaliyyət mərkəzi olaraq nəzərdə tutulur. Sənəddə bu məqsədə xidmət edən bir neçə maddə öz əksini tapıb. Bunlar, müxtəlif sahələrdə (Fulbrayt, FLEX, UGRAD, LEAP və s) əməkdaşlıq adı altında ABŞ-ın regiondakı kəşfiyyat şəbəkəsini qorumaq və möhkəmləndirmək niyyətini göstərir.
Belə görünür ki, Ermənistan, Qərb ölkələrinin Cənubi Qafqazdakı strateji maraqlarını təmin etmək üçün yeni bir "oazis" rolunu oynamağa hazırdır.

Aqil Məmmədov

visiontv.az



Chosen
1
visiontv.az

1Sources