İranın Rəşt şəhəri yaxınlığında "Fərəc" təlim təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Məlumata görə, qəzaya səbəb texniki nasazlıq göstərilib.
Bildirilib ki, hadisə nəticəsində pilot, ikinci pilot və göyərtə mühəndisi ölüb.