İran hərbi münaqişəyə can atmır, lakin ərazisinə ABŞ və ya İsrail tərəfindən hücum edilərsə, cavab verəcək.
Ölkə.Az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində deyib.
İranın nüvə proqramının qarşısını almaq üçün ABŞ və İsrailin müzakirə etdiyi zərbəyə Tehranın reaksiyasının necə olacağı ilə bağlı sualı cavablandıran Pezeşkian bildirib ki, istənilən hərəkətə cavab verəcəklər: "Biz müharibədən qorxmuruq, amma onu da axtarmırıq. Mən ümid edirəm ki, bu, baş verməyəcək. Çünki bu, təkcə bizə deyil, münaqişənin bütün iştirakçılarına ziyan vuracaq”.
Mürtəza
Ölkə.AZ