Türkiyədə ər-arvad evdə boğazları kəsilmiş, balaca bacı isə ürəyindən bıçaqlanmış halda tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.
İddiaya görə, sürücü kimi fəaliyyət göstərən Yusuf (64 yaş) adlı şəxs, həyat yoldaşı Hüsne Tehçi (64 yaş) və Yusuf Tehçinin bacısı Semiha Tehçinin (53 yaş) birlikdə yaşadığı evə təmir üçün səhər saatlarında usta gəlib.
Lakin qapını heç kim açmadığından polisə xəbər verilib. Hadisə yerinə gələn polis qrupları qapını çilingər tərəfindən açanda səhər yeməyi masasında ər və arvadın boğazlarının kəsildiyini, Semiha Tehçinin isə ürəyindən bıçaqlandığını görüblər.
Hadisə yerinə gələn qruplar 3 nəfərin həyatını itirdiyini müəyyən edib. Polis şübhəlilərin tutulması üçün araşdırmalara başlayıb.
Üç nəfərin meyiti ilkin müayinədən sonra yarılmaq üçün ekspertizaya aparılıb.
Oksana