"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 8,5 milyon funt-sterlinq dəyərində olan "Barselona"dakı evini tərk etmək məcburiyyətində qalacaq.
Publika.az xəbər verir ki, bununa səbəb onun həyat yoldaşı Kristina Serra ilə 30 illik münasibət və 10 illik evlilikdən sonra boşanmasıdır.
"Daily Mail"in məlumatına görə, Qvardiola bundan sonra şəhərin elit ərazilərindən birində yerləşən evində yaşamayacaq. Mənbə bildirir ki, keçmiş həyat yoldaşı bundan sonra bu evdə tək yaşayacaq.
Əvvəllər bu evdə "Barselona"nın digər keçmiş futbolçusu Rafael Markes yaşayıb. Bu əmlakın alınması 2021-ci ildə baş tutub. Pep evi adı açıqlanmayan rusiyalı biznesmendən alıb. Hamı düşünürdü ki, bu, onun tezliklə "Barselona"ya qayıtmasının əlamətidir.
Onun evi həyat yoldaşı ilə birlikdə işlətdiyi şirkət vasitəsilə əldə etdiyi məlum olub.