Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də açıqlamasında bildirib ki, qəza ilə bağlı ilkin məlumatlar var, sadəcə qara qutunun oxunmasının yekunu gözlənilir.
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb.
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib.
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub.
Gülnar Nazimqızı
www.anews.az