EN

Günü “içəridə” keçən bloqer – Bu dəfə onu qızla “dalaşdığına” görə tutublar

Özbəkistanlı bloqer Jasurbek Şodiyev (Jasjan) ictimai asayişi pozmaqda ittiham edilərək həbs edilib.

Musavat.com Qazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Ali Məhkəməsindən məlumat verilib.

Yanvarın 11-də günorta saatlarında Daşkənddəki “Hilton” mehmanxanasının yaxınlığında, Jasurbek Shodiyev və Sədəf Saidova əvvəlcədən razılaşaraq “dalaşmağa” başlayıblar və bu zaman onlar bir-birini təhqir edərək baş verənləri videoya çəkiblər. Bildirilir ki, qız daha sonra bloqerdən videonu silməyi xahiş edib və o, onu İnstaqram səhifəsindən silib.

Videoçarxda iştirak edən şəxslər barəsində ictimai yerlərdə ictimai davranış qaydalarına qəsdən məhəl qoymama, ictimai yerlərdə nalayiq sözlər ilətmək, ictimai asayişi pozmaq kimi hərəkətlərə görə inzibati protokol tərtib edilib.

Yanvarın 13-də Şeyxantaxur rayon məhkəməsinin iclasında S.Şodiyev təqsirini boynuna alıb, peşman olduğunu bildirib, azyaşlı uşağının və əlil qardaşının olmasını əsas gətirərək cəzasının yüngülləşdirilməsini istəyib. Saidova da ictimai asayişi pozduğunu etiraf edərək, tələbə olduğunu və özü üçün nəticə çıxardığını qeyd edib.

Məhkəmə Şodiyevə 5 sutkalıq həbs cəzası, Saidovaya cərimə kəsib.

Bu yaxınlarda Jasurbek Şodiyev avtomobilinin tualet kağızı yığınına çırpılmasını, özünün maşından tullanmasını əks etdirən videonu dərc etdikdən sonra cərimə edilmişdi. O, 2022-ci ildə də başqa bir bloqerlə birlikdə İnstaqramda insanları “döydükləri”ni göstərən videolara görə 15 sutka həbs olunub. Bir neçə ay əvvəl isə Şodiyev xırda xuliqanlığa görə 15 sutka həbsdə yatıb.

Musavat.com

Chosen
9
1
musavat.com

2Sources