Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla İsrailə səfər edib.
APA xəbər veriri ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb məlumat yayıb.
CENTCOM rəhbəri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi ilə görüşüb.
Tərəflər ABŞ-İsrail hərbi ittifaqının gücləndirilməsini, regional təhdidlər eləcə də dərinləşdirilmiş əməliyyat əməkdaşlığını və istənilən ssenariyə hazırlığın artırılmasını müzakirə ediblər.