EN

Serenay Sarıkaya məhkəmədə: Hansı həqiqətlər ortaya çıxacaq?

Türkiyəli menecer Ayşe Barım haqqında sosial şəbəkələrdə yayılan iddialarla bağlı aparılan istintaq çərçivəsində məşhur aktrisa Serenay Sarıkaya şahid qismində ifadə verməsi üçün məhkəmə binasına gəlib.

Bu barədə hakimiyyet.az İHA-ya istinadən xəbər verir.

Məlumata görə, aktrisa ümumi girişdən binaya daxil olub. Serenay Sarıkaya 5 milyon dollar almasına dair iddialarla bağlı mətbuat mənsublarının suallarını cavablandırmayıb.

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılıb. İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu öyrənilib. İstintaq çərçivəsində Barım barəsində xaricə çıxış qadağası şəklində məhkəmə ədliyyə nəzarəti də tətbiq edilib.

Chosen
1
1
hakimiyyet.az

2Sources