EN

Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb


Ötən ay istehlak qiymətləri əvvəlki ilin dekabr ayına nisbətən 4,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 5,5 faiz, qeyri-qida məhsulları 2,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 6,3 faiz artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dekabr ayında qeydə alınan qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb.
Qeyd edək ki, sonuncu dəfə qiymət artımı 2023-cü ilin sentyabr ayında indiki səviyyədən yüksək – 5,1 faiz olub.
Onu da bildirək ki, dekabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Elnur Əli
Chosen
2
1
yeniavaz.com

2Sources