EN

BEA qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu azaldıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilib.

Proqnoza əsasən, bu il gündəlik qlobal neft tədarükü 1,8 mln. barel (öncəki proqnoz göstəricisindən 0,1 mln barel azdır) artaraq 104,7 mln. barel təşkil edəcək.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə gündəlik qlobal neft tədarükü 660 min barel artaraq 102,9 milyon barel səviyyəsində olub.

Chosen
10
1
banker.az

2Sources