EN

İstanbulda saxta spirtli içki KABUSU: Ölənlərin sayı 19-a çatıb

İstanbulda son 24 saatda saxta spirtli içkidən ölənlərin sayı 11-dən 19-a yüksəlib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 65 nəfərdən 43-ü stasionar müalicədə olduğu halda, 3 nəfərin müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.

NTV News saxta spirtli içkilərin satıldığı mağazanın görüntülərini çəkib. Polisin basqından sonra mağazanın möhürləndiyi görünüb.

Ötən il İstanbulda 48 nəfər ölüb, 110 nəfər saxta spirtli içkidən zəhərlənib.

İstanbul valisi Davud Gül şəhərdə saxta spirtli içki satan 63 müəssisənin lisenziyasının ləğv edilərək bağlandığını açıqlayıb.

Vali Gül sosial media hesabından paylaşım edərək, "Saxta spirtli içki satan 63 müəssisənin lisenziyası ləğv edilib və bağlanıb. Saxta-qaçaq spirtli içki sataraq ölümə səbəb olan hər kəs müəyyən edilərək məsuliyyətə cəlb olunur. Diqqətli olun. Ölüm halları artır" şəkilində qeyd buraxıb.
Chosen
2
sherg.az

1Sources