“Dəstək” Fondunun 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında (MR) xərclədiyi vəsaitin məbləği bəyan edilib.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan MR-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ildə 1 milyon 88 min 277 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub:
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 192 nəfərə 137 min 406 manat;
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 336 nəfərə 716 min 530 manat;
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 23 nəfərə 183 min 704 manat;
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 3 nəfərə 10 min 300 manat;
Digər istiqamətlər üzrə - 40 min 337 manat.