EN

Türkiyədə 6 Özbəkistan saxta spirtli içkidən zəhərlənərək ölüb » AzadMedia.az


İstanbulda altı Özbəkistan vətəndaşı, o cümlədən biri qadın keyfiyyətsiz spirtdən zəhərlənərək ölüb.

Özbəkistanın İstanbuldakı Baş Konsulluğu yanvarın 14-də bildirib ki, ölən beş nəfər 35-40 yaşlı kişidir, onların sağında azyaşlı uşaqlar qalıb. Yanvarın 15-də daha bir qadının ölümü ilə bağlı xəbər yayılıb.

Konsulluqdan verilən məlumata görə, spirtli içki Aksaray rayonunda alınıb. 26-sı əcnəbi olmaqla ümumilikdə 38 nəfər xəsarət alıb. Ölənlərin sayı 11-ə çatıb.

Polis genişmiqyaslı araşdırma aparır. İş üzrə saxta spirtli içki istehsal etməkdə şübhəli bilinən iki Türkmənistan vətəndaşı saxlanılıb.

Baş Konsulluq Özbəkistan vətəndaşlarını diqqətli olmağa və spirtli içkilərdən çəkinməyə çağırır.
Chosen
1
1
azadmedia.az

2Sources