EN

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaillik inflyasiya ərzaq məhsullarında 1,1 faiz, qeyri-ərzaq məhsullarında 1,6 faiz, ödənişli xidmətlərdə isə 4 faiz təşkil edib.

 

Rəqəmlərdən görünür ki, 2024-cü ildə ümumi qiymət artımlarına daha çox ödənişli xidmətlər təsir edib. Əgər ödənişli xidmətlərdə yüksək artım olmasaydı, ümumi bahalaşma daha aşağı olacaqdı.

 

Onu da bildirək ki, 2024-cü ildə qeydə alınan inflyasiya səviyyəsi 2014-cü ildən sonrakı ən aşağı səviyyədir. Ötən 10 ildə belə aşağı illik inflyasiya qeydə alınmamışdı.

 

Vasif

Sfera.az

Chosen
5
sfera.az

1Sources