EN

Şafranko səbirsizlənir: “İnanıram ki, yaxşı başlanğıc edə biləcəyik”

“Hazırlığımız qısa oldu. Buna baxmayaraq, yaxşı hazırlaşdıq və mövsümün qalan hissəsini səbirsizliklə gözləyirik”.

Bu sözləri “FutbolPress“ə açıqlamasında “Sabah”ın hücumçusu Pavol Şafranko söylədi. Forvard Premyer Liqanın XIX turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşdü:

“Çempionat hazırlığı necə keçdiyimizi daha yaxşı göstərəcək. Məşqçilər korpusu rəqibi təhlil edib. Bütün diqqətimiz özümüzdədir. İnanıram ki, yaxşı başlanğıc edə biləcəyik”.

Şafranko bu mövsüm 18 oyunda 5 qol vurub. Forvard məhsuldarlığını artırmaq istədiyini əlavə etdi:

“Mövsümün sonu necə olacağını görəcəyik. Düzdür, daha yaxşı olmalıyam. Çalışıram və istəyirəm ki, qollarla komandama kömək ola bilim. İnanıram ki, bunu bacaracam”.

Şahin Cəfərov

Chosen
1
futbolpress.az

1Sources