EN

ABB-nin kredit portfeli 6.3 mlrd. manata yüksəlib

Ölkənin ən iri bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ildə kredit portfelini 26 faiz artımla 6.351 mlrd. manata çatdırıb.

Banker.az bunu bank tərəfindən təqdim edilən rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bankın kredit portfelinin əsas hissəsi 3.109 mlrd. manatla biznes, 1.799 mlrd. manatla istehlak kreditləri və 1.443 mlrd. manatı isə daşınmaz əmlak ( ipoteka) kreditləri təşkil edib.

Bank hesabat müddəti ərzində biznes kreditləri 34 faiz, istehlak kreditləri 31 faiz, ipoteka kreditləri isə 23 faiz artım göstərib.

ABB-nin cəm i aktivlərinin həcmi 0.3 faiz azalaraq 13.629 mlrd. manata düşüb.

Cəmi öhdəliklərinin həcmi 2 faiz azalaraq 11.579 mlrd. manata qədər azalıb.

444444

Chosen
7
banker.az

1Sources