EN

İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 19 nəfər ölüb

İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “TRT haber” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, son 72 saat ərzində tibbi yardım üçün müraciət edən 46 nəfərdən üçü xəstəxanadan buraxılıb, 43 xəstənin müalicəsi isə davam edir.

Bununla əlaqədar "qəsdən adam öldürməyə cəhd" maddəsi də daxil olmaqla cinayət işi açılıb və iki şübhəli şəxs saxlanılıb. Onlar Türkmənistan vətəndaşlarıdır.

Bu arada Özbəkistanın İstanbuldakı Baş Konsulluğu saxta spirtli içkidən ölən özbəkistanlıların sayının beşdən altıya yüksəldiyini, qurbanlar arasında bir qadının olduğunu bildirib.

Chosen
2
2
report.az

3Sources