EN

Trampın məsləhətçisi: ABŞ-ın İranla danışıqlar üçün yaxşı imkanı var

Trampın

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın komandası, İranın hazırda zəif vəziyyətdə olmasına görə, bu ölkə ilə danışıqlar aparmaq üçün yaxşı imkana sahib olacaq. Bu barədə ABŞ-ın 47-ci prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts Vaşinqtondakı Sülh İnstitutunda çıxışı zamxanı bildirib."Ulusum"az-ın məlumatina görə, xəbəri TASS verir."Iran zəif mövqedədir. Bu, real imkanlar yaradır, amma həm də risklər gətirir", — deyə o qeyd edib.Uolts, İranın zəifliyini, ölkənin "Hizbullah", Suriya keçmiş prezidenti Bəşar Əsəd və hava hücumundan müdafiə sahəsindəki imkanlarını itirməsi ilə əlaqələndirib.Bundan əlavə, Trampın məsləhətçisi vurğulayıb ki, diplomatik üsullar İranın nüvə proqramını nəzarət altına almağa imkan verəcək.6 yanvarda Fransa prezidenti Emmanuel Makron bildirib ki, İran Avropalılar üçün strateji təhlükəsizliyin əsas çağırışı olaraq qalır və bu, bütün region və onun hüdudlarından kənarda hiss olunur. O, İranın nüvə proqramının inkişafının "bizi geri dönülməz nöqtəyə çox yaxınlaşdırdığını" bildirib. Fransa lideri, bu məsələnin Donald Trampın administrasiyası ilə aparacağı dialoqda prioritet olacağını qeyd edib.Səidə Mustafa

Diqqət Çəkənlər

Yaşlanma prosesini yavaşlatmaq üçün - ən faydalı yağlar

İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər

Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib

Chosen
2
ulusum.az

1Sources