Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Agentliyinin sədri Səkinə Babayeva "Turan" Qastro Turizm Akademiyasının qonağı olub. AFN. az xəbər verir ki, Akademiyanın rəhbəri, Sağlamlıq və Termal Turizmə Dəstək Dərnəyi sədri Ruslan Quliyev və İdarə Heyəti üzvləri Mübariz Quliyev, Şamil Ağacan və Doğan Tomrisin iştirakı ilə Səkinə Babayevanın görüşü baş tutub. Səkinə xanım akademiyanın tədris sahələri ilə yaxından tanış olub və yaradılan şəraitdən məmnunluğunu bildirib. Görüş zamanı şəhid və qazi xanımlarının peşə təhsili və məşğulluğu məsələləri müzakirə edilib. Tərəflər bu istiqamətdə strateji əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması məqsədilə növbəti həftə yeni görüş keçirməyi qərara alıblar.Ruslan Quliyev Səkinə xanıma vaxt ayırıb təşrif buyurduğu və göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.