Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Əhmədli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev tarixi uğurlara imza atan Azərbaycanın yeni hədəflərə doğru inamla irəlilədiyini söyləyib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə əldə olunan nailiyyətlərin önəmini vurğulayıb. Davamlı olaraq həyata keçirilən islahatların bələdiyyə institutunun inkişafına da müsbət təsir göstərdiyi qeyd olunub.
Təşviqat qrupunun üzvləri Asif Məcidov, Aygün Əhmədli, şəhid atası Meyvəddin Ramaldanov Azərbaycanın dünyada müstəqil siyasət yürüdən ölkə kimi tanındığını bildiriblər. YAP-ın dövlət müstəqilliyinin möhkəmlənməsinə, ölkənin nüfuzunun artmasına verdiyi töhfələrdən bəhs olunub.
Seçicilər adından çıxış edən Heyran Bağırova bu seçkilərdə də zəfərlər partiyası olan YAP-ın namizədlərinə etimad göstərəcəklərini deyib: “Şübhəsiz, Yeni Azərbaycan Partiyasının tarixinə növbəti qələbə səhifəsi yazılacaq!”.