EN

ABB-nin kredit portfeli son bir ildə 1,3 milyard manat - BÖYÜYÜB

2024-cü ilin sonuna ABB-nin kredit portfeli 6 milyard 350,8 milyon manata bərabər olub.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

 ABB-nin cəmi kredit portfeli 2024-cü ilin IVrübündə  2023-cü ilin sonu ilə  müqayisədə 1 milyard 302 milyon manat və ya 26% artıb.

O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 428,6 milyon manat (31%) artaraq 1 milyard 798,7 milyon manata, biznes kreditləri portfeli 604,6 milyon manat və ya 24% artaraq 3 milyard 109,2 milyon manata, ipoteka kreditləri portfeli 268,8 milyon manat və ya 23% artaraq 1 milyard 442,8 milyon  manata çatıb.

Chosen
4
fed.az

1Sources