EN

Ermənistan növbədənkənar seçkilərə hazırlaşır

Əminəm ki, Ermənistanda növbədənkənar seçkilər olacaq və bu iyun ayınadək baş tutacaq.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının sıralarını bu günlərdə tərk edən Ovik Ağazəryan deyib.

"Səbəblərini danışmayacağam, növbədənkənar seçkilər elan olunanda və biz seçki proqramımızı xalqa təqdim edəndə deyəcəyəm", - o qeyd edib.

Növbədənkənar seçkilərin iyunda keçirilməsinin səbəbini açıqlayan Ağazaryan deyib ki, onlar payızda ola bilməz, çünki parlamentin fəaliyyətinin bitməsinə bir il qaldığı müddətdə növbədənkənar seçkilər keçirilə bilməz. "Yəni onlar iyun ayına qədər hazır olmalıdırlar. Erkən seçkilər necə keçirilir? Baş nazir istefa verir, iki həftədir, baş nazir seçilmir və qanuna görə növbədənkənar seçkilərə gedirik.

Hakimiyyətin növbədənkənar seçkilərə getməli olduğunu deyəndə, bunun hakimiyyət üçün faydalı olduğunu nəzərdə tuturam”, - Ovik Ağazaryan əlavə edib.   

Mürtəza
Ölkə.Az

Chosen
2
1
olke.az

2Sources