BAKI/16.09.10/TURAN: 2010-cu ilin ilk yarısında ölkənin 1722 bələdiyyəsinin məcmu gəliri 12,9 mln manat olub. Bu isə proqnozdan 56% azdır. Deyilən dövrdə onlar 11,9 mln manat xərcləyib. Azərbaycan bələdiyyələrinin gəlirləri əsasən bu mənbələrdən formalaşıb: - torpaq vergisi - 2,53 mln manat; - əmlak vrgisi - 1,25 mln manat; - tikinti materialları hasilatı vergisi - 283 min manat; - xarici reklamdan rüsum - 110 min manat; - mehmanxanalardan rüsum - 76,2 min manat; - bələdiyyə torpaqlarının satışı və icarəsi - 5,3 mln manat. Dövlət büdcəsindən bələdiyyələrə 4,47 mln manat əvəzinə 2,5 mln manat dotasiya verilib. Bundan başqa, hüquqi və fiziki şəxslər bələdiyyələrə 282 min manat maliyyə yardımı edib. Azərbaycan bələdiyyələri öz gəlirlərinin yarıdan çoxunu (6,3 mln manat və ya 52,7%) aparatın saxlanmasına xərcləyib. Mənzil-kommunal ehtiyaclarına 3 mln manat yönəldilib. Yerli əhəmiyyətli avtomobil yollarının təmiri üçün 1,45 mln manat xərclənib. Bakı bələdiyyələri (52) bu ilin yanvar-iyununda 2,65 mln manat, Abşeron bələdiyyələri (15) - 1,35 mln manat, Şabran bələdiyyələri (15) - 1,05 mln manat və s. toplayıb. 2009-cu ildə ölkə bələdiyyələrinin gəlirləri 26,7 mln manat olub. Bu, 2008-ci ildəkindən 39% azdır. Dövlət büdcəsindən dotasiya 3,35 mln manat təşkil edib. 08B