EN

AVROPA İTTİFAQI AZƏRBAYCANIN ENERJİ STRATİGİYASINA DƏSTƏK ÜÇÜN İLK TRANŞ AYIRIB

    Avropa İttifaqı ümumi dəyəri 14 mln. avro olan layihənin proqramı çərçivəsində Azərbaycan hökumətinə 3 mln. avro ayırıb. Bu barədə Turana Avropa Komissiyasının Azərbaycandakı ofisindən bildiriblər.     Bu vəsaitdən milli enerjika strategiyasının möhkəmləndirilməsi üçün istifadə olunacaq.     Söhbət bütün enerji resurslarının hasilatını, nəqlini, tranzitini və onlardan istifadəni əhatə edəcək razılaşdırılmış, kompleks və şəffat enerji strategiyasından gedir.     «Bu dəstək energetika sahəsində tərəfdaşlığımız yolunda bir addımdır və enerji resurslarının diversifikasiyasında və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması məqsədilə Azərbaycana yardım etmək səylərimizin ifadəsidir», deyə Aİ nümayəndə heyətinin rəhbəri səfir Roland Kobia bildirib.-02D-

Chosen
8
turan.az

1Sources