"Xəstə insan mütləq özünü təcrid etməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, qrip əleyhinə ən effektiv vasitə peyvənd olunmaqdır ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu təsdiqlənib.
"Peyvəndləmə o demək deyil ki, heç qrip olmayacağıq. Əgər xəstələnsək, daha yüngül keçirtməyə kömək edir".
Mina Mikayılova