EN

Əməkdar artist marketlər şəbəkəsinin siması olub

Azərbaycanın Əməkdar artisti, sevilən aktrisa Dilarə Əliyeva "OBA" marketlər şəbəkəsinin siması seçilib.

“OBA” ilə əməkdaşlığı çərçivəsində aktrisa - markanın siması kimi endirim kampaniyalarını, yeni məhsulların təqdimatını və digər yenilikləri “OBA” müştərilərinə çatdıracaq.

Əməkdaşlığın ilk videosu “OBA” marketlər şəbəkəsinin sosial media platformalarında paylaşılıb. Videoda aktrisa “Obadan çıxmışam, elə “OBA”nı da bəyənirəm” deyir.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi ölkənin dörd bir yanında - 1515 ünvanda müştərilərinə sərfəli qiymətlərlə xidmət edir. "OBA" “yaxın qonşu” və “qənaətin məkanı” şüarını əsas götürərək, əlçatan və keyfiyyətli alış-veriş üçün müştərilərinə geniş seçim imkanı yaradır. Dilarə Əliyevanın markanın siması olması isə bu brendin ailəvi və isti imicini daha da gücləndirir.

dilarə əliyeva oba sima
Chosen
2
3
marja.az

5Sources