Fransa prezidenti Emmanuel Makron yanvarın 17-də Livana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bu, dövlət başçısının fəaliyyəti dövründə Livana ikinci səfəri olacaq.
Livanın yeni prezidentinin ofisi bildirib ki, o, Makronun səfərinə hazırlıq məsələlərini müzakirə etmək üçün çərşənbə axşamı Fransanın Beyrutdakı səfiri ilə görüşüb.
Makronun ofisi tarixi təsdiqləyib.
Ağarza Elçinoğlu