Bu gün səhər saatlarında Sumqayıtda görüntüsü yayılan təcili tibbi yardım avtomobili qapısında nasazlıq yarandığı üçün qaraja təmirə göndərilib.
Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, mətbuatda yayılan məlum video bu gün Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid və xidmətdən kənarda olan sanitar avtomobil təmirə göndərilərkən çəkilib.
Bildirilib ki, artıq təmir edilən təcili tibbi yardım avtomobili təkrar xidmətə buraxılıb.