Yazını böyüt
Yazını kiçilt
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova Türkiyənin “Amedspor” komandasına keçib.
Hafta.az xəbər verir ki, bu barədə 28 yaşlı müdafiəçinin özü məlumat verib.
O, bu gün Superliqa klubu ilə müqavilə bağlayacağını bildirib.
Qeyd edək ki, Jalə Məhsimova son olaraq Türkiyənin digər təmsilçisi “Bəylərbəyi” komandasının formasını geyinib.