EN

Azərbaycanda energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları təsdiq edilib

Energetika Nazirliyinin Kollegiyası “Enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahlar”ı təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Sənəd Nazirlər Kabinetinin “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 1 may 2024-cü iI tarixli qərarının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Chosen
9
1
report.az

2Sources