EN

“Dnestryanıdakı enerji böhranının səbəbi Rusiyadır” - Sandu

Dnestryanıdakı enerji böhranını Moldova yox, Rusiya törədib. Hazırda Kişinyov Rusiya qazının “sol sahil”ə nəqlinə mane olmur.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib. Bu bəyanat Sandunun ölkədəki enerji vəziyyətini müzakirə etmək üçün topladığı Ali Təhlükəsizlik Şurasının iclasından sonra verilib.

Bundan əvvəl Rusiya Kişinyov hakimiyyətini günahlandıraraq bəyan etmişdi ki, Moldova “Qazprom”la münasibətlərdəki problemlərə qəsdən məhəl qoymamaqla Dnestryanıdakı böhrana səbəb olub.

Sandu isə bildirib ki, "bu böhran müqavilə öhdəliklərini yerinə yetirməyən "Qazprom" tərəfindən törədilib". Sandu Kişinyovun Rusiya qazının qondarma respublikaya tədarükünün qarşısını almadığını vurğulayıb. Moldova prezidenti həmçinin qeyd edib ki, Kişinyov noyabr ayından Tiraspola humanitar yardım göstərməyi təklif edib, lakin yerli “administrasiya” bu təklifi rədd edib. 

Onun fikrincə bu, Moskvanın mövqeyidir: "Bu, Tiraspolun deyil, Kremlin imtinasıdır. Tiraspol bu yardımı qəbul edib-etməmək qərarını vermir. Tamamilə aydındır ki, bu məntiqsiz imtinanın arxasında Kreml dayanır".

“AzPolitika.info”

Chosen
1
1
azpolitika.info

2Sources