Rusiyada satıcı qadın oğrunu oğurladığı tava ilə vurub.
Söz.az xəbər verir ki, hadisə Kuzbassda baş verib.
Mağaza işçisinin 63 yaşlı oğrunu cəzalandırdığını əks etdirən video yayılıb. Kişi mağazadan yemək və tava çıxarmağa çalışıb.
Qadına qarşı “xırda xuliqanlıq” maddəsi ilə protokol tərtib edilib. Zərərçəkmiş şəxs isə "xırda oğurluq" maddəsi ilə istintaqa cəlb olunub.