EN

FİF-in prezidenti: “Əslində danışıqlar üçün 6 ay qısa müddətdir”

“Mingəçevir” ilə Azerbaijan Sport Talents Academy (ASTA) arasında tarafdaşlıq müqaviləsi imzalanıb.

Futbolpress.az xəbər verir ki, bu tərəfdaşlıqda önəmli rol oynayan Futbolun İnkişaf Fondunun (FİF) prezidenti Tural Piriyev jurnalistlərə müsahibə verib:

– Ötən ilin aprelindən bu prosesə başlamışıq. İlk dövrədə bir neçə regiona səfərlərimiz oldu və son olaraq “Mingəçevir”in üzərində dayandıq. Artıq 6 ay idi ki, aktiv danışıqlar gedirdi. Bu danışıqlar tərəflərdən biri də gənclər və idman nazirliyi idi. Çünki tərəfdaşın əsas planları infrsatrukturla bağlı olduğu üçün GİN-dən razılıq alması çox önəmli idi. Uzunmüddətli razılıq əldə olundu və planlar da onun üzərində quruldu. Uzunmüddətli plan 3 istiqamətdədi: komanda, uşaq futbolu və infrastruktur. Komandayla bağlı ilk məqsəd I Liqadakı yerini qorumaqdır. Bildiyiniz kimi “Mingəçevir” hazırda sonuncu pillədədir. Gedişata sonra baxılacaq. Alınarsa, Premyer Liqaya çıxmaq kimi planları da var.

– Növbəti belə bir müqavilənin hansısa klubla imzalanması gözlənilir? Xüsusən də “Kəpəz”lə?

– Adətən sosial mediada nə paylaşım ediriksə, orada “Kəpəz”lə bağlı suallar olur. Burada da bunu gözləyirdim. Əlbəttə, uzun müddətdir ki, bunun üzərində çalışırıq. Müəyyən tərəfdaşlıqlar cəlb edilib, baş sponsor olmasa belə. Eşitdiyimə görə klubun sponsoru prosesində müəyyən işlər gedir və yaxın zamanda təsdiqlənməsi gözlənilir. Amma bu, biz tərəfdən yox, klubun öz tərəfindən aparılır.

– Danışıqların 6 ay davam etməsinə nə səbəb oldu?

– Əslində 6 ay qısa müddətdir. Bizim praktikada daha uzunmüddətli danışıqlar olub. Məsələn, “Turan Tovuz”un danışıqları 1 il çəkib. “İmişli”də isə bu daha az oldu. Yəni bu prosesdən asılıdır. Çünki müxtəlif tələblər və şərtlər var. Həmçinin biz də tərəfi tanımağa çalışırıq. Onun uzunmüddətli olacağına əmin olmağa çalışırıq. Qarşı tərəfdə hansı şərtlərsə gəlirsə, ondan əmin olmalıyıq.

Chosen
2
futbolpress.az

1Sources