İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa qarşı sui-qəsd planlaşdırması ilə bağlı ittihamları rədd edib.
Publika.az xəbər verir ki, İran prezidenti bununla bağlı "NBC News"a müsahibəsində danışıb.
“Bu, İranofobiyanı təbliğ etmək məqsədi ilə İsrail və digər ölkələrin yaydığı növbəti uydurmadır. İran heç vaxt belə bir şeyə cəhd etməyib”, - İran prezidenti deyib.
Xatırladaq ki, 2024-cü ilin iyul və sentyabr aylarında Trampa qarşı sui-qəsd cəhdləri olub. Bundan sonra o, İranın onun həyatı üçün təhlükə yaratdığını açıqlayıb.
İran Xarici İşlər Nazirliyi bu bəyanatları “yalan” adlandırıb.