“Google” axtarış motoru bazar payına görə Azərbaycanda liderliyini qoruyaraq saxlayıb.
Teleqraf.com-un beynəlxalq mənbələrə istinadən xəbərinə görə (statcounter.com), ötən ay “Google”un Azərbaycan üzrə bazar payı 84.75% olub. Lakin bu rəqəm 2023-cü ilin dekabrı ilə müqayisədə bir qədər – təxminən 8%-dək azalıb.
2023-cü ilin dekabrı ilə müqayisədə ötən ay “Yandex” axtarış motorunun Azərbaycan üzrə bazar payı artıb. Belə ki, 2023-cü ilin dekabrında “Yandex”in Azərbaycan üzrə bazar payı 6.23% təşkil edibsə, 2024-cü ilin müvafiq dövründə isə bu rəqəm 13.4% təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında “Yahoo”nun Azərbaycan üzrə bazar payı 0.42%, “Bing”in 1.08%, “DuckduckGo”nun bazar payı isə 0.33% təşkil edib.