EN

"Yaxın gələcəkdə Azərbaycanda sağlam qida tapmaq çox çətin olacaq" — AÇIQLAMA

“GMO genetik modifikasiya olunmuş orqanizm deməkdir. Geni dəyişdirilən orqanizmlər adətən heyvan və bitki mənşəli olurlar. İnsan və bitki orqnizmində irsi xüsusiyyətlərin daşıyıcıları genlərdir. Hər hansı bir bitkinin irsi daşıyıcılarının yerinə heyvan mənşəli gen əlavə etsək, orqanizmdə heyvan genləri inkişaf edəcək. Bu da onların saxlanılma müddətinə dəlalət edir. Ona görə də GMO-dan qida məhsullarında da istifadə edilir. GMO  hansısa meyvə 2-3 il xarab olmadan qala bilir. Onların daxilində gedən biokimyəvi proseslər nəticəsində tərkib xüsusiyyətləri 0-a yaxınlaşır. Meyvələrin səthində GMO müşahidə olunmur. Daxildən isə çürüməyə məruz qalmırlar”.

Bu sözləri Demokrat.az-a açıqlamasında qida eksperti, UNEC-in dosenti Elsevər Fərzəliyev deyib.

O bildirib ki, davamlı belə məhsullarla qidalanan insanların orqanizmlərində müəyyən fəsadlar yaranır:

“Məsələn, uzun müddət GMO portağal və ya alma yeyən insanda xarakter dəyişikliyi baş verir. Həmin genlər maddələr mübadiləsi prosesində orqanizmin müəyyən yerlərində toplanır. Sonradan insane xas olan xarakterlərin dəyişməsini şərtləndirir. Miqdar çox olduqca dəyişmə sürəti tezləşir. Deməli, GMO insan üçün mənfi təsir gücünə malik olan məhsullardır”. 

Ekspertin sözlərinə görə, GMO xarakterin dəyişməsi ilə yanaşı hormonal problemlərin yaranmasına da səbəb olur:

“İnsanlarda cinsi azlığın yaranmasına da səbəb ola bilir. Bu halların baş verməsinin qarşısını almaq lazımdır. GMO məhsullarının ölkəyə gətirilməsi və istehsalı ölkə başçısının sərəncamı ilə qadağan olunub. Buna baxmayaraq belə məhsullar hələ də ölkəmizə gətirilə bilir. Nəticədə genefondumuz məhv edilir. 

Yaxın gələcəkdə Azərbaycanda tam sağlam insan tapmaq çox çətin olacaq. Buna görə də təbii mənşəyə sahib, insan orqanizmində maddələr mübadiləsi prosesini normallaşdıran qida məhsullarını istehlak etmək tövsiyə olunur. 

Hazırda orqanik qida məhsulları istehsalı texnologiyasının yaradılması məsələsi ön planda durur. Bu problemlə məşğul olan insanlar azdır. Qida mühəndisləri yeni çeşidli qida məhsullarının istehsalı texnologiyasını yaradırlar. Onlar yabanı qida xammallarından istifadə edərək yeni çeşidli ekoloji təmiz qida məhsulları istehsalı texnologiyasını yaratmağa çalışırlar. Bu məhsullar insanların orqanizmini bir sıra xəstəliklərdən və genefondun yox olmasından qoruyur”.

Qeyd edək ki, yaxın günlərdə AQTA xaricdən tərkibində GMO olan qida məhsullarının idxalına cəhd faktını aşkarlayıb. 


Əfsanə Kamal
Demokrat.az
Chosen
3
demokrat.az

1Sources