EN

Slovakiya rəsmisindən Ukrayna ilə bağlı ittiham

"Ukrayna Rusiya qazının Avropaya tədarükünü tamamilə dayandırmaq niyyətindədir".

Bakıvaxtı.az
xəbər verir ki, bunu Slovakiya Parlamentinin vitse-spikeri Tibor Qaşpar deyib.

“Prezident Zelenskinin son bəyanatlarından aydın olur ki, o, Ukrayna ərazisi ilə qaz tranzitini yeniləmək istəmir. Hətta düşünürəm ki, o, digər tranzit marşrutlarını da bloklamağa çalışır. Bizim məqsədimiz öz anbarlarımızın tələbatını qarşılamaqdır və biz qazı digər marşrutlarla çatdırmaq üçün tədbirlər görürük”, – deyə Tibor Qaşpar bildirib.

Qaşpar, həmçinin Slovakiya ilə Ukrayna arasında dialoqun bərpası ilə bağlı pessimist mövqedədir və bunu Volodimir Zelenskinin şəxsiyyəti ilə əlaqələndirir.

Bundan əvvəl o, Slovakiyanın Baş naziri Robert Fitsonun 17 yanvar tarixində Ukrayna Prezidenti Zelenskinin dəvəti ilə Kiyevə səfər etməyəcəyini açıqlayıb. Səfərin məqsədi Ukrayna ərazisi ilə qaz tranzitinin bərpasını müzakirə etmək idi.

Nuriyyə Musayeva 

Chosen
1
bakivaxti.az

1Sources