EN

Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi-onlara dedik, Türkiyə buna imkan verməyəcək...

Image

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın PKK/YPG-yə dəstəyini və onun bölgədə qondarma dövlət qurmaq planlarını sərt şəkildə tənqid edib. Türkiyə və İraqın onların bu arzularının gerçəkləşməsinə heç vaxt icazə verməyəcəyini deyən Lavrov bildirib ki, bu cəhdlər bölgəni xaosa sürükləyəcək.

Lavrov qeyd edib ki, Rusiya Suriyadakı kürd qruplarını mərkəzi hökumətlə dialoq qurmağa çağırıb, lakin kürdlər ABŞ-ın mövcudluğuna arxalanaraq Suriyada “qondarma dövlət” yaratmaq məqsədi güdürlər.

"Bölgədə bir kürd dövlətinə cəhd bütün Yaxın Şərqi partlaya biləcək təhlükə yaradır. Kürd qruplarına mərkəzi hökumətlə dialoq qurmalı olduqlarını söylədik, amma nə Dəməşq, nə də kürdlər bunu qəbul etmədi” - deyə Lavrov bildirib.

ABŞ-ı da sərt tənqid edən Lavrov bildirib ki, ABŞ Suriyanın şərqindəki torpaqları işğal edib: "Bu bölgədə neft yataqları var. Bu bölgədə əldə edilən qaynaqlar Suriyanın şimal-şərqindəki separatçı ünsürlərə dəstək üçün istifadə olunur".

TAHİR





Chosen
3
baki-xeber.com

1Sources