EN

Ermənistan Rusiya ilə birgə hərbi təlim planlaşdırmır - Suren Papikyan

Hazırda Ermənistan-Rusiya birgə hərbi təlimləri planlaşdırılmır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan yekun mətbuat konfransında danışıb.

Müdafiə naziri, eyni zamanda qeyd edib ki, müxtəlif beynəlxalq tərəfdaşlarla birgə təlimlərin keçirilməsi üçün müzakirələr aparılır və oxşar təlimlərin keçirilmə ehtimalı var.

Onun sözlərinə görə, Ermənistan Rusiya Federasiyası ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdır, lakin İrəvanda tərəfdaşlıq şəraitində həll edilməli olan məsələlər var.

KTMT ilə əməkdaşlığa gəlincə, Papikyan deyib ki, təşkilatdakı tərəfdaşlar öz münasibətini və mövqeyini dəyişməsələr də, İrəvanın baxış bucağı legitimdir və ölkənin maraqlarından irəli gəlir.

Xatırladaq ki, Ermənistan KTMT-də iştirakını dondurub.

Ölkənin Baş naziri Nikol Paşinyan 2024-cü ilin sentyabrında sözügedən təşkilatı Ermənistanın təhlükəsizli üçün təhlükə adlandırıb.

Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş nazirinin mövqeyi ilə razılaşmadığını bildirib və KTMT-nin iştirakçı ölkələrin suverenliyini qorumaq üçün yaradıldığını və heç bir təhlükə törətmədiyini vurğulayıb.


Müəllif: Ceyhun Ağazadə
Chosen
11
17
teleqraf.com

10Sources