EN

Rusiya Dneprə GİRƏCƏK? – “Artan hərbi fəallıq yaxın həftələrdə…”

“İnzibati sərhədlər çətin ki, onları dayandıra bilsin. Rusiya qoşunlarına qarşı yeganə müdafiə üsulu mühəndis istehkamlarıdır”.

Yenicag.az xəbər verir, bunu Rusiya-Ukrayna müharibəsinin gedişi fonunda müdafiəni gücləndirmək üçün lazım olan resurslardan danışan hərbi ekspert Vladislav Selezniov deyib.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin Donetsk vilayəti sərhədində əməliyyatları dayandırması və Dnepropetrovsk vilayətinə hücuma başlaya biləcəyi ehtimalı yoxdur:

“Hazırda Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin inzibati sərhədindən təxminən 7 kilometr aralıdadır. Davam edən əməliyyatlar Donetsk vilayətinin Pokrovsk şəhərini bir neçə cinahdan mühasirəyə almaq məqsədi daşıyır. Ukrayna qüvvələri cəbhə xəttini sabitləşdirməyə və gələcək irəliləyişlərin qarşısını almağa çalışır. Lakin artan hərbi fəallıq yaxın həftələrdə Dnepropetrovsk vilayətinə sıçrayacaq potensial toqquşmalarla bağlı narahatlıqları artırır”.

Analitik əmindir ki, Donetsk və Dnepropetrovsk vilayətləri arasındakı inzibati sərhəd Rusiya qoşunlarının Ukraynanın dərinliklərinə doğru irəliləməsinə mane olmayacaq:

“Ukrayna ordusu işğalı güc yolu ilə dayandırana qədər Rusiya hərbçiləri öz təzyiqlərini davam etdirəcək. Putin Rusiya konstitusiyasında qeyd olunduğu kimi, ən azı dörd “yeni ilhaq edilmiş rayona” nəzarət etmək istəyir. Yəni Xerson, Zaporojya, Luqansk və Donetsk vilayətləri də daxil olmaqla, artıq Kinburn ilə Xarkovda və Nikolayev vilayətlərinin bir hissəsində döyüşlər gedir. İnzibati sərhədlərdə yerləşən hərbçilərimiz çətin ki, onları dayandıra bilsin. Rusiya qoşunlarına qarşı yeganə müdafiə üsulu mühəndis istehkamlarıdır”.

“Rusiya idarə olunan bombalarla Dnepropetrovsk vilayətini hədəfə almağa başlayıb. Ukraynanın hava məkanını lazımi şəkildə müdafiə etmək üçün ən azı 130 F-16 təyyarəsi və ya onların ekvivalenti lazımdır. Halbuki hazırkı rəqəm bundan xeyli aşağıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

Chosen
3
yenicag.az

1Sources