EN

Şanxay limanı yük dövriyyəsinə görə liderdir

Şanxay limanı 2024-cü ildə yük dövriyyəsinə görə dünya liderliyini qoruyub saxlayıb.

 

Sfera.az bu barədə hökumətin ötən ilin işlərinin yekunlarını əks etdirən dərc olunmuş hesabatına istinadən xəbər verir.

 

Belə ki, 2024-cü ildə Şanxay limanının ümumi konteyner ötürmə qabiliyyəti 51,5 milyon TEU-nu (standart 20 futluq konteynerə bərabər) ötüb. 

 

Beləliklə, yük dövriyyəsinə görə Şanxay limanı son 15 ildə saxladığı dünya liderliyini 2024-cü ildə də qoruyub saxlayıb. Şanxay limanı həm də yük dövriyyəsi 50 milyon TEU-dan çox olan dünyada ilk olub.

 

Qeyd edək ki, Şanxay limanı vasitəsilə konteyner daşınması 1978-ci ildə başlayıb. O dövrdə yük dövriyyəsi təqribən 7,9 min TEU olub və 2011-ci ildə bu rəqəm 30 milyon TEU-nu keçərək getdikcə artıb.

 

Firuzə Əliyeva
 

Chosen
4
sfera.az

1Sources