İstanbulda ictimai nəqliyyatda gedişhaqqı 35% bahalaşıb. Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Bələdiyyəsi ictimai nəqliyyatda gedişhaqqının artırılmasını təsdiqləyib. Dəyişikliklər bütün nəqliyyat növlərinə təsir edəcək və yanvarın 18-dən qüvvəyə minəcək. Qiymət dəyişikliyi İstanbulda fəaliyyət göstərən İETT avtobuslarını, taksiləri, dəmiryolu xətlərini, tunel, nostalji tramvay, eləcə də digər daşıma sistemlərini və keçidləri əhatə edir. Qiymətlər aşağıdakı formada dəyişib: - Tam bilet: 20 → 27 lirə (0,96-1,29 azn) - Tələbə vəsiqəsi: 9,76 → 13,18 lirə (0,47-0,63 azn) - Güzəştli bilet: 14,32 → 19,33 lirə (0,69-0,93 azn) - Tam aylıq keçid (Mavi Kart): 1570 → 2120 lirə (75,22-101,57 azn) - Tələbə aylıq bileti (Mavi Kart): 282 → 381 lirə (13,51-18,25 azn) - Tam metrobus marşrutu: 29,69 → 40,08 lirə (1,42-1,92 azn) - 15–20 km: 22,5 → 30 lirə (1,08-1,44 azn) - Tələbə gedişhaqqı: 12 → 16 lirə (+33%) (0,57-0,77 azn)