Türkiyə Milli Müdafiə Nazirliyi terrorla mübarizə çərçivəsində T-129 ATAK hücum helikopterləri ilə həyata keçirilən əməliyyatın görüntülərinin yer aldığı videonu “Sürətlə yaxınlaşmağa davam edirik” mesajı ilə paylaşıb.
Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşılan videoda Türk Hava və Kosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən istehsal edilən T-129 ATAK hücum helikopteri ilə türk əsgərlərinin sərhədyanı əməliyyat bölgələrində həyata keçirdiyi əməliyyatların görüntüləri yer alıb.
“Sürətlə yaxınlaşmağa davam edirik” ifadəsinin vurğulandığı videoda hədəfin dəqiq vurulduğu görülüb.