EN

Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edilir

Böyükşor-Pirşağı avtomobil yolunun 1,3, 6,5 və 7,7-ci kilometrlik hissələrində yeni yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, artıq avtomobil yolunun 6,5-ci kilometrlik hissəsində uzunluğu 42,2 metr, 7,7-ci kilometrlik hissəsində isə uzunluğu 47 metr təşkil edən piyada keçidlərinin inşasına start verilib.

Keçidlərin yol səviyyəsindən hündürlüyü 5,5 metr, hərəkət hissəsinin eni isə 2,5 metr təşkil edir. Layihə üzrə keçidlərdə 23,2 metr uzunluğa malik pandus hissənin yaradılması nəzərdə tutulub. Pandus hissənin ümumi eni 3,8, hərəkət hissəsinin eni 1,65 metr olacaq.

Qeyd edək ki, piyada keçidləri aşırım və panduslar monolit d/beton möhkəmləndirilmiş süni (geocel) əsaslı bünövrələrdən, aşırım, aşırım dayaqları, pilləkənlər və pilləkən dayaqları metal konstruksiyadan ibarət olmaqla layihələndirilib. Pandus hissələr isə monolit d/beton sütunlardan, eninə və uzununa rigellərdən, hərəkət hissəsini təşkil edən tavadan ibarət olacaq.Təhlükəsizlik səbəbi ilə hərəkət hissəsinin hər iki tərəfinə metal məhəccərlərin qoyulması nəzərdə tutulub.

Chosen
2
10
yeniazerbaycan.com

10Sources