EN

Fransalı futbolçu üçün yeni müştərilər

Randal Kolo Muaninin PSJ-dən ayrılmaq ehtimalı getdikcə artır.

"Football-plus.az" xəbər verir ki, fransalı futbolçu üçün daha iki klub hərəkətə keçib. İnsayder Fabritsio Romanonun məlumatına görə, “Yuventus” və “Tottenhem” də Randalın xidmətində maraqlıdı. Hücumçu komandasını tərk etmək istəsə də, Fransa klubu təklif olunan şərtlərlə razı deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl “Mançester Yunayted”in Kolo Muanini heyətinə qatmaq istəyi ilə bağlı xəbərlər yayılmışdı. İngiltərə klubunun onu komandadan gedişi gözlənilən Markus Reşfordun yerinə almaq istədiyi bildirilmişdi.

1Sources