EN

Azercell-in dəstəklədiyi “FarmHer” layihəsi qadınların inkişafına töhfə verir

Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir

Azercell-inqadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi məqsədilə elan etdiyi müsabiqəsinin qalibləri layihələrinin icrasına başlayıblar. Qaliblərdən biri olan "FarmHER” proqramı kənd təsərrüfatı sahəsində çalışan qadınların bilik və bacarıqlarının inkişafına yönəlik təlimlərə start verib.

Layihənin əsas məqsədi bölgələrdə yaşayan qadınları aqrobiznes sahəsində mövcud fəaliyyət istiqamətləri ilə tanış etmək, onların iqtisadi müstəqilliyinə və rifahının artırılmasına töhfə verməkdir. Bu proqram qadınların aqrar sahədə sahibkar kimi formalaşmasına dəstək verir. Təlimlər yeni texnologiyalar, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları kimi mövzuları əhatə edir.

edək ki, bu günədək Şamaxıda yaşayan 25 qadın üçün bir neçə təlim və müxtəlif interaktiv sessiyalar təşkil olunub. Əlavə olaraq, proqram iştirakçıları layihə çərçivəsində peşəkar mentorlarla da təmin ediliblər.

Chosen
3
15
publika.az

10Sources