Bank Olmayan Kredit Təşkilatı "Embafinans" QSC-nin istiqrazları üzrə hərrac 17 yanvar 2025-ci il tarixində keçiriləcək.
Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, 13 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “EMBAFİNANS” QSC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “EMBAFİNANS” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2013020600
İstiqraqzların növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli
İstiqrazların sayı: 2000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 AZN
Buraxılış həcmi: 2 000 000 AZN
İllik gəlirlilik faizi: 12.5%
Ödəmə periodu: Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 1 il
Ticarətə buraxılma tarixi: 17.01.2025
Anderrayter: “Unicapital İ.Ş.” ASC