EN

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) iki tenderi ləğv edilib. 

Valyuta.az xəbər verir ki, ləğv edilən tenderlərdən biri ipək, digəri isə yun xammalının satın alınması ilə bağlı olub. 

Tenderlərin ləğvı təchizatçıların sayının 3-dən az olması ilə əlaqədardır. 

Qanuna görə bu halda tender ləğv edilməlidir.

İpək xammalının satın alınması üzrə keçirilən tenderdə satınalma predmetinin ehtimal olunan qiyməti 1 198 484 manat, digər tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti isə 101 967 manatdır. 

Hüseyn

Chosen
4
valyuta.az

1Sources